Maraqlı

Lazer salonuna gizli kamera yerləşdirib çəkilən videoları Telegramda satırlarmış - FOTO

30 May 2025 11:40
Baxış: 2 169
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə "A-frame" evlərdən lazer epilyasiya mərkəzlərinə, prizlərdən körpə kameralarına qədər gizli kameralar yerləşdirən şəxslərin bu görüntüləri Telegram vasitəsi ilə satdığı məlum olub.

Milli.Az xəbər verir ki, Sapanca və Denizlidə aşkarlanan gizli kamera hadisələri ilə bağlı araşdırmalar genişləndirilib. Manyakların qadınların soyunma otaqlarına, idman zallarına gizli kamera yerləşdirərək yüzlərlə şəxsin özəl görüntülərini arxivləşdirərək "Telegram"da pulla satdığı məlum olub.

Jurnalist İbrahim Haskoloğlunun bildirdiyinə görə BTK-ya edilən şikayətlər nəticəsində bu qrupların bir qismi bağlanıb. Lakin sistemli gizli kamera şəbəkəsinin mövcudluğu və arxivlərin böyüməsi vəziyyətin ciddiliyini göstərir.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.