Alla Puqaçova sifarişli qətlin təşkilində ittiham olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məşhur müğənni Alla Puqaçova Rusiyada sifarişli qətlin təşkilində ittiham olunub və indi dindirməyə çağırıla bilər.
Milli.Az xarici mənbəyə istinadən xəbər verir ki, Federal Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Layihəsinin (FTKL) rəhbəri Vitali Borodin ona qarşı sui-qəsd cəhdinin olduğunu iddia edib və bu hadisənin təşkilində müğənni Alla Puqaçovanı, eləcə də müxalifətçilər Mixail Xodorkovskini və Leonid Nevzlinı günahlandırıb.
Borodin Rusiya İstintaq Komitəsinə martın 9-da NTV kanalında yayımlanan "Yeni rus sensasiyaları" verilişindən sonra müraciət edib. Verilişdə onun Puqaçova haqqında səsləndirdiyi fikirlərin, həmçinin müğənninin dövlət təltiflərindən məhrum edilməsi, xarici agent kimi tanınması və cinayət məsuliyyətinə cəlb olunması təşəbbüslərinin mümkün hücumun səbəbi ola biləcəyi iddia olunub.
Məmur əminliyini ifadə edərək bildirib ki, istintaq bütün aidiyyəti şəxsləri məsuliyyətə cəlb edəcək. O, həmçinin cinayət işinin açılacağına ümid etdiyini və Alla Puqaçovanı ifadə vermək üçün gəlməyə çağırdığını qeyd edib.
Borodin müraciətində öz həyatından narahat olduğunu da vurğulayıb və bu barədə ədliyyə general-mayoru Andrey Strijova rəsmi ərizə verdiyini bildirib.
Qeyd edək ki, FTKL rəhbəri daha əvvəl də mədəniyyət nümayəndələrini, o cümlədən Liliya Axedjakovanı, Layma Vaykuleni, Semyon Slepakovu və Danila Kozlovskini ittiham edib. Bundan əlavə, o, Santa-Klausun xarici agent kimi tanınmasını təklif edib və bunu onun guya Şaxta babaya alternativ yaradaraq rus mədəniyyətini əvəz etməsi ilə əsaslandırıb.
Xatırladaq ki, Alla Puqaçovaya və Rusiyada xarici agent kimi tanınan Maksim Qalkinə məxsus olan Qryaz kəndindəki qala yerli sakinlərin narazılığına səbəb olub. Onlar hesab edirlər ki, bina kəndin ümumi görünüşünə uyğun gəlmir və sökülməlidir.
"Qalanı partlatmaq lazımdır, çünki o, ətraf mühitə uyğun deyil. Onlar burada özlərinə Kurşavel qurublar, amma bura kənddir", - bir kişi bildirib və mülkün vəziyyətinə və orada qara kifin əmələ gəlməsi ilə bağlı şayiələrə əhəmiyyət vermədiyini vurğulayıb. /lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Vüsalənin yeni evi - (Video)
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”
XƏBƏR LENTİ
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib





