Şou-biznes

Zauru bu paylaşımına görə "TOPA TUTDULAR" - VİDEO

10 Mart 2025 18:46
Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Zaur Baxşəliyev "zaur_gunay" adlı instagram hesabında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşdığı video ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, məşhur aparıcı gül buketindən hazırlanmış libas geyinərək paylaşım edib və yazıya bu sözləri əlavə edib: "Sənin ən böyük hədiyyən mənəm" cümləsini neçə qadın eşidib bu gün?"

Zaur Baxşəliyevin bu qeyri-adi və iddialı paylaşımı sosial mediada geniş müzakirələrə səbəb olub. Bəziləri aparıcının bu addımını zarafat kimi qəbul etsə də, digərləri onu tənqid edib. Xüsusilə də, qadınların duyğularının belə formada ümumiləşdirilməsinin və məsələni zarafata çevirməsinin doğru olmadığı barədə rəylər yazılıb.

Aparıcı isə hələlik yayılan tənqidlərə münasibət bildirməyib. Lakin onun paylaşımı Instagram-da sürətlə izlənilir və şərhlər artır. /Yenisabah.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.