Şou-biznes

"Əxlaq keşikçisi, papağı cibində ər görüntüsünü..."

28 Fevral 2025 17:50
Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Özünütəsdiq formasını tapmaq müşkül işdir: ağıllı, düşünən tamaşaçı və ya izləyici çox tələbkar. Efir ciddi, sosial media isə daha qəddar güzgüdür. Cismin və xislətin çılpaqlığı ilə ortaya çıxır, gizlətmək mümkünsüz".

Milli.Az xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkədə yazıb.

Aparıcı efirdə saxta görüntü nümayiş etdirənlərə səslənib:

"Yalanı sevməz tamaşaçı. Mələk obrazı, əxlaq keşikçisi, namus maskası, rəngləri qarışıq ailə tablosu, papağı cibində ər görüntüsü və ya ərin maketləşmiş, teatrallaşmış miskin baxışıları. Saxlayın özünüzə, bizə sırımayın. Hə, qaldı peşə məsələsinə: özünüz olun, özünüz, orijinal. Beyin, bilik, ağıl, istedad və ən vacib səmimiyətinizlə, plagiat yaramaz. "Fatma xala, Gülpəri nənə" adından tərif qoşsalar belə, obraz mükəmməl deyilsə, olsa-olsa onlayın dan sifarış gələn "copy paste" fason bir şeyə bənzəyəcəksiniz". /Axşam.az 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.