"Sandık kokusu" serialında "Ayça" rolunu canlandıran azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin idman həvəsi onu xəstəxanalıq edib.
Milli.Az xəbər verir ki, çəkilişdən sonra aktrisanın həddindən artıq idman etməsi nəticəsində çanaq sümüklərində ödəm yaranıb.
Xəstəxanaya gedən aktrisaya 6 həftə istirahət etmək tövsiyə edilib. Nəsrin 10 gün müddətində çəkilişlərdən uzaq qalıb. Əsas ehtiyacları xaricində gəzə bilməyən aktrisa yoğun fiziki terapiya alıb.
On gün boyunca evdə daha az hərəkət edərək istirahət edən sənətçi, bu gün özünü yenidən işə başlamağa hazır hiss edib və qoltuqaltı əsa ilə çəkilişə qayıdıb. (Axşam.az)
Milli.Az