Şou-biznes

“Ərimin mənə xəyanət etdiyi qadın hamilə idi”

27 Fevral 2025 19:58
Baxış: 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qadın kimi mən xoşbəxt olmadım. O mənə nəsib olmadı. Əvvəldən bu olmadı. Mənim ki, qətirmədi. Oğlum heç dünyaya gəlməmişdi. O yarı yolda idi. Birinci həyat yoldaşımla ayrıldım. Mən bibim nəvəsi ilə ailə qurmuşdum. Alınmadı, çox az müddətdən sonra biz ayrıldıq".

Milli.Az bildirir ki,  bu sözləri Əməkdar artist Sevda Əliqizı qonaq olduğu "Etiraf" verilişində deyib.

İkinci dəfə musiqiçi ilə ailə qurduğunu söyləyən sənətçi bildirib ki, həyat yoldaşının xəyanəti ilə üzləşib:

"İkinci dəfə ailə qurduğum şəxs sənət adamı idi. Bizim evliliyimiz 13 il davam etdi. O insan mənə çox böyük bir xəyanət etdi. Orada da hər şeyə mən son qoydum. Rəhmətlik Səməd Səmədovun istəyi ilə musiqi qrupuna getdim. Elə onunla da orada tanış oldum. O həm də idman sahəsində "kinqboks" üzrə çalışırdı. Onu kimliyini çox yaxşı bilirlər. Onun adını açıqlamaq mənim özüm üçün xoş deyil. Bilən bilir... O sonradan musiqini kənara qoyub idman sahəsinə getdi. Bir qədər sonra o mənə başqa bir qadınla xəyanət etdi. O qadın incəsənət aləmindən deyil. Onu görməmişəm, tanımıram. Ərimin mənə xəyanətini oğlum, yaxınlarım görüb, bildilər. O xanım artıq hamilə idi mənim ərimdən. Bunu isə ona heç cürə bağışlaya bilməzdim. Bura qədər imiş bizimki... Heç zaman düşünməzdim ki, biz nə zamansa ayrılarıq. Çünki bizdə o qədər mehribançılıq və istək var idi. Çox insan deyir ki, sizi gözə gətirdilər. Bizim o qədər gözəl və nümunəvi ailəmiz var idi. Bizim haqqımızda verilişlər çəkirdilər. Biz ayrı - ayrı verilişlərdə efirlərdə birgə olmuşuq. Hamı bizə baxıb, həsəd aparırdı. Amma ayrıldıq... Oldu da..."

"Yenidən ailə qurarsınız?" sualına Sevdanın cavabı belə olub:

"Eşq bir dəfə olar, ikinci dəfə alınmırsa  artıq o eşqdən uzaqlaşmaq lazımdır. Mən özümə sığışdıra bilmirəm. Mənim axı oboyda oğlum var. Artıq öz övladımın uşaqları var. Nəvələrim var. Bundan sonra nə eşq axtaracağam? Bütün məhəbbətimi və eşqimi bağlamışam onlara. Mənim üç nəvəm var. Ən böyüyün 20 ən kiçiyin isə 5 yaşı var". /olay.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.