Şou-biznes

Xuraman həyat yoldaşından gileyləndi - FOTO

25 Fevral 2025 23:49
Baxış: 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Xuraman Şuşalı həyat yoldaşı Elçin Məmmədovdan gileylənib.

Milli.Az xəbər verir kio, bu barədə ifaçı sosial media hesabında paylaşım edib. Xuraman gecə saat 3-də sevgilisi üçün yolda qarın üstünə "səni sevirəm" sözlərinin yazan şəxsin görüntülərini yayımlayıb. Müğənni bu hərəkəti həyat yoldaşında gözləsə də onun bunu etməyəcəyini bildirib:

"Elçin həyətə düşüb. Deyirəm, bəlkə gedib orada yazar ki, səni sevirəm. Gözləməyin, bizdə yazmağa yer yoxdur, yoxsa yazardı, "inanıram". Bu adamda bir qram romantika yoxdur. Nə deyək, daha gecdir. Bu qədər romantika onda çətin olsun. Damın başında əslində yaza bilərdi, orada qar var. Amma ora kimdir çıxan. Yenə subay vaxtları olsaydı, dirəşib yazdırardım ona".

Qeyd edək ki, cütlüyün 4 övladı var. (Axşam.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.