Şou-biznes

Türkiyədə qalmaqala səbəb olan menecerə qadağa - FOTO

14 Yanvar 2025 07:40
Baxış: 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Serial və film sənayesində monopoliyaya səbəb olduğu iddiası ilə istintaqa cəlb edilən məşhur menecer Ayşe Barıma ölkədən qaçma şübhəsi ilə beynəlxalq səyahət qadağası qoyulub.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, Ayşe Barım Serenay Sarıkaya kimi məşhur sənətçilərin meneceridir.

Prokurorluq Barımın ölkədən qaçmaq istəyəcəyi ehtimalı ilə ona səyahət qadağası qərarı verib. Baş Prokurorluq Ayşe Barımın idarə etdiyi şirkətlərin serial və kino sektorunda inhisarçılıq və zorakılıqla bağlı irəli sürülən iddiaları araşdırıb və MASAK ilə Vergi İdarəsi Başçılığına hesabat tələb edib.

Barımın şirkətində çalışan Serenay Sarıkaya və Mert Demir də "5 milyon dollarlıq reklam işi" ilə bağlı ifadə verəcək və onların telefon qeydləri çirkli pulların yuyulması və vergidən yayınma halları üçün araşdırılacaq. İddialara görə, bu cütlük arasında münasibətlərin real olmadığı və iş adamı tərəfindən 5 milyon dollar verilən bir reklam əlaqəsi olduğu qeyd edilib.

İstanbul Respublika Prokurorluğu sosial mediada yayılan iddialara ciddi yanaşaraq, maddi həqiqəti üzə çıxarmaq məqsədilə istintaq başladıb.

İstintaq şantaj və iş azadlığının pozulması kimi məsələləri də əhatə edir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.