Şou-biznes

Bloqer evinin pəncərəsindən yıxıldı - Vəziyyəti ağırdır - FOTOlar

19 Dekabr 2024 14:16
Baxış: 1 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda yaşayan iranlı sosial media fenomeni Sara Mohseni Kağıthanedəki evinin pəncərəsindən yıxılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda 2 yaşlı qızı ilə yaşayan iranlı sosial media fenomeni Sara Mohseni gecə saatlarında evinə taksi ilə qayıdıb. Bir neçə saat sonra naməlum səbəbdən 4-cü mərtəbədəki evinin pəncərəsindən yıxılıb.

Hadisəni eşidən vətəndaşlar dərhal yanğınsöndürənlərə xəbər veriblər. Hadisə yerinə tez bir zamanda sağlamlıq, xilasetmə və polis qrupları göndərilib. Möhsenə ilkin tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya aparılıb. Möhsənin vəziyyətinin ağır olduğu bildirilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.