Məşhur müğənni Castin Biber keçmiş sevgilisi Selena Qomesin nişanlanması xəbərinə təəccüblənib.
Milli.Az xəbər verir ki, "Daily Mail" nəşrinin verdiyi məlumata görə, Biber Selenanın nişanlanma xəbərini aldıqda bir anlıq çaşqınlıq yaşayıb, çünki bu, onların bir dövrünün rəsmi sonu anlamına gəlirdi.
Bununla belə, Castin Biberin Selena Qomesin nişanlanmasını normal qarşıladığı və onun xoşbəxt olmasını istədiyi qeyd edilib. Məlumata görə, Biber pərəstişkarlarının sakitləşəcəyini və gələcəkdə onların bir araya gələcəyi ilə bağlı söhbətlərin sona çatacağını ümid edir.
Qeyd edək ki, Selena Qomez və Castin Biberin münasibəti 2010-cu ildən 2018-ci ilə qədər davam edib. Bu müddət ərzində onlar bir neçə dəfə ayrılıb və barışıblar.
Fidan
Milli.Az