Şou-biznes

"Sosial şəbəkələr insanların həyatını mənfi tərəfə dəyişdi"

15 Dekabr 2024 15:05
Baxış: 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çox təəssüf ki, hazırda müasir toylarımızda muğama yer vermirlər. Bizim ağrılı yerimizdir. Gənclərimiz xanəndəliyi bitirir və mürciət edirlər ki, mənə meydan verin, oxuyum. Deyir ki, televziyaya gedirəm, 5 dəqiqə vaxt verirlər. Beş dəqiqəyə nə oxusun? Toylarda da oynaq mahnılar istəyirlər. Bəs harada oxumalıdır?".

Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov "Günaydın Azərbaycan" verilişində deyib. Sənətçi sosial şəbəkələrdəki bayağı mahnıların efirlərdə səslənməsindən gileylənib:

"Sosial şəbəkələr insanların həyatını mənfi tərəfə dəyişdi. Bayağı mahnılar efirlərə ayaq açdı. Sosial şəbəkədəki məzmunsuz, bayağı, şit sözləri gəlib efirlərdə oxuyurlar, məsələ budur. Ona görə də muğam ifaçılarının işi çətindir. Əvvəllər toylarda 5-6 xanəndə otururdu. Gənclər də görüb, təbliğ edirdilər. Həm də xanəndə yetişirdi. Bu gün isə belə bir meydan yoxdur. Tələbə xanəndəliyi bitirir və gedir toy üçün mahnılar oxuyur. Soruşuram ki, niyə? Deyir, ailəm, övladlarım var. Onları da başa düşürəm. Düşünürəm ki, bunun qarşısı alınmalıdır. Bu, heç yaxşı yerə getmir"./axsam.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.