Əməkdar artist Qorxmaz Əlili müğənni İzzət Bağırovun adını eşitmək istəmədiyini deyib.
Milli.Az lent.az-a istinadən bildirir ki, o qatıldığı podkastlardan birində İzzətdən çoxdan küsdüyünü deyib.
"Bu söhbəti yığışdıraq. Bu söhbət maraqlı deyil. İstəmirəm bu söhbəti danışmaq. Danışsam, buna iki saat vaxt çatmaz.
O adama marağım yoxdur. O adam haqqında eşitmək istəmirəm. İzzəti efirə mən çıxardım, indi məni saymır. Övladımın toyuna çağırdım, gəlmədi.
İndi onunla əlaqə saxlamaq üçün üçüncü adama yığmalıyam. İndi məni saymırlar", - Əməkdar artist bildirib.
Milli.Az