Şou-biznes

Müğənni: İzzəti onların əlindən ala bilmirdik

22 Oktyabr 2024 07:07
Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Lalə Məmmədova həmkarı İzzət Bağırov haqqında etirafı ilə diqqət çəkib.

Milli.Az olay-a istinadla xəbər verir ki, bu sözləri sənətçi "İzzət şou"da qonaq olarkən deyib.

Məmmədova bildirib ki, bir İ.Bağırov bir də Aynur Dadaşovanın çoxsayda pərəstişkarları olub:

"İzzətin yaradıcılığına azdan - çoxdan bələdəm. İllər əvvəl verilişdən bir yerdə çıxırdıq və pərəstişkarların əlindən İzzəti ala bilmirdik. AzTV bizim üçün avtobus ayırmışdı. Çünki iştirak elədiyimiz veriliş o televiziyanın idi. O zamanlar bir İzzətin, bir də Aynur Dadaşovanın çoxsayda fanatları vardı. Əslində, bir nəsil onların səsi ilə yetişib. Mən də həmin verilişə onları görüb, həvəslənib gəlmişdim. Onlar qalib olmuşdurlar, mən də verilişə çıxıb, qalib olmaq istəyirdim".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.