Şou-biznes

Məşhur teleaparıcı axtarışa verildi - FOTO

11 Oktyabr 2024 20:15
Baxış: 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı məşhur teleaparıcı Tatyana Lazareva "terrorçuluğa bəraət qazandırdığı üçün" açılmış cinayət işi çərçivəsində beynəlxalq axtarışa verilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "TASS"ın nəzərdən keçirdiyi məhkəmə sənədlərində qeyd edilib.

Sənədlərdə Lazarevanın uzun müddətdir ki, Rusiya Federasiyasından kənarda yaşadığı göstərilir.

Teleaparıcı daha əvvəl sosial şəbəkələrdə Ukraynanın pilotsuz təyyarələrin Rusiya şəhərlərinə hücumu ilə bağlı xəbərə sevindiyini bildirib. Bundan sonra ona qarşı internetdən istifadə edərək terrorçuluğa bəraət qazandırdığına görə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi) cinayət işi açılıb. İyulda Moskvanın Zamoskvoretski Məhkəməsi Lazarevanı qiyabi həbs edib. Onu yeddi ilə qədər həbs gözləyir.

Rusiya Ədliyyə Nazirliyi Lazarevanı 22 iyul 2022-ci ildə xarici agentlər siyahısına daxil edib. Bu siyahıya onun keçmiş əri, teleaparıcı Mixail Şats da daxildir. Lazareva xarici agentlər haqqında qanunu pozduğuna görə dəfələrlə cərimələnib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.