Aktrisa Nəzakət Məmmədova gəlini ilə məhkəməlik olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi "Elgizlə izlə" verilişində danışıb. O bildirib ki, gəlini oğluna xəyanət edib və oblar boşanıblar.
Boşandıqdan sonra isə gəlin cehizlərini apardığı halda onları məhkəməyə verib:
"Xətai rayon məhkəməsinə bizi verib. Məhkəmə iddianı təmin etmədi. Qız tərəf apellyasiya məhkəməsinə müraciət etdi və ədalətsiz qərar verildi, onlar haqlı bilindi. Ali Məhkəməyə şikayət etdik və qərar qüvvədə qaldı".
Aktrisa ilə gəlini arasındakı məhkəmə qərarı proqramda oxunub. Bildirilib ki, gəlin tərəf ondan əşyalar istəyir.
Vəkil məhkəmə ilə bağlı "Elnur Məmmədovun cavabdeh olduğu iş üzrə qanun qərar verib və icra olunmalıdır. Bir ildən artıqdır ki, qətnamə icra olunmur. Buna görə də icra məmuru tərəfindən axtarış təyin edilib, onun ölkədən çıxışına qadağa qoyulub. Nəzakət Məmmədova müraciətlər edir, buna səbəb isə qətnaməni icra etməməkdir. Onun sosial şəbəkədəki ittihamlara görə məhkəməyə müraciət ediləcək" açıqlamasını verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun