Şou-biznes

Türkiyəli müğənniyə aeroportda hücüm çəkdilər

8 Sentyabr 2024 10:52
Baxış: 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni Fatih Üreyin bir neçə həftə əvvəl İstanbul Hava Limanında xoşagəlməz hadisə ilə üzləşdiyi ortaya çıxıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, avqustun 16-da qızdırmasının qalxması nəticəsində təcili xəstəxanaya çatdırılan 58 yaşlı sənətçi təyyarəyə minmək üçün əlil arabasında hava limanına gəlib. 

Əldə edilən məlumata görə, həmin vaxt bir sərnişin Üreki təhqir edib.

Mübahisə böyüdükcə Üreklə sərnişin arasında dava düşüb. Hadisəyə polis müdaxilə etmək məcburiyyətində qalıb. Baş verən qalmaqallı olayla bağlı uçuşda qısa müddətli gecikmə yaşanıb.

Fatih Ürekin qızdırması 40 dərəcəyə qalxdıqdan sonra dərhal Bodrumdakı özəl xəstəxanaya aparılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.