Şou-biznes

Tanınmış aktyor öz restoranında güllələndi: Vəziyyəti ağırdır

16 Avqust 2024 16:58
Baxış: 3 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sıfır Bir" serialı ilə tanınan məşhur türkiyəli aktyor Tümer Adakaner Adanada restoranına edilən silahlı hücum nəticəsində ağır yaralanıb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, aktyor kürəyindən güllələnib.

Ağır yaralanan Tümer Adakaner müalicə üçün xəstəxanaya aparılıb və vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə ötən gün Seyhan rayonunun Döşeme məhəlləsindəki restoranda baş verib. Tümer Adakaner iş yerində çay içərkən yanına papaqlı bir kişi gəlib. Əvvəlcə ünvanı soruşan şübhəli daha sonra silahla Adakaneri kürəyindən vuraraq qaçıb.

Polis qaçan şəxsin tapılması üçün əməliyyatlara başlayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.