Şou-biznes

Kalben sərbəst buraxıldı

9 May 2024 21:15
Baxış: 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün narkotikə görə saxlanılan türkiyəli müğənni Kalben Sağdıç sərbəst buraxılıb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, ölkədən çıxma qadağası qoyulan sənətçi məhkəmə nəzarəti şərti ilə azadlığa çıxıb.

O, polisə verdiyi ifadəsində narkotik satmadığını, sadəcə istifadə etdiyini bildirib.

Müğənni sərbəst buraxıldıqdan sonra sosial şəbəkədə paylaşım edib:

"Əzizlərim, musiqi, ədəbiyyat, dostluq yolu ilə tanış olduqlarım.. Küçələrdə, konsertlərdə, festivallarda, kitab imzalarında rastlaşdıqlarım.. Həm xoş, həm də kədərli günlərimizi paylaşdıqlarım... Səhhətim üçün narahat olmağınızı istəmirəm. Dəyərli ictimaiyyətimizi bu şəkildə yayındırdığım üçün üzr istəyirəm. Ailəmin, sevdiklərimin, qohumlarımın yanındayam. Mən yaxşıyam, daha yaxşı olacağam".

Qeyd edək ki, İstanbul polisi Kalbenin evində aparılan axtarış zamanı 3 ədəd 15 qramlıq "skunk" tipli narkotik vasitə, 2 min avro, 730 ABŞ dolları və 1500 lirə aşkarlayaraq götürülüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.