Şou-biznes

Alla Puqaçova və əri İsraildən qaçıb?

14 Aprel 2024 17:07
Baxış: 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın İsrailə hücumunun ardından Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkinin övladları ilə birgə ölkəni tərk etdiyi iddia olunub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, şoumen şayiələrin fonunda sosial media hesabında paylaşım edib. O, hazırda İsraildə olduğunu vurğulayıb.

"Sakit olun, mən İsraildəyəm. Və İsrailin hava hücumundan müdafiəsinə uğurlar arzulayıram. İsraildə olmasaydım belə, yenə də bunu istəyərdim" deyə, Maksim bildirib.

Xatırladaq ki, aprelin 13-ü axşam saatlarında İran İsrailə PUA və raketlərlə hücum edib.

Puqaçova və Qalkin övladları ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçmüşdü.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.