Şou-biznes

Aparıcıdan qonağa - "Bədən yığmısan, gəl..."

10 Aprel 2024 19:40
Baxış: 1 503
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Əbdül Xalid "Xeyirli axşamlar" verilişini əsəbiləşərək tərk edib.

Milli.Az teleqraf.com-a istinadla xəbər verir ki, buna səbəb Əbdül Xalidin ifa etdiyi mahnının yarımçıq kəsilməsi olub.

Aparıcı Anar Vaqifoğlu Əbül Xalidə "Oxuduğun bura qədər imiş? Mahnını axıra kimi yazdır da... Bəlkə, yarımçıq yazdırmısan", - deyib.

Müğənni isə aparıcıya "Bunun başqa səbəbləri var. Hörmətsizlikdir. Nə isə...", - cavab verərək efiri tərk edib.

Aparıcı isə Əbdül Xalidə etirazını bildirib: "Bədən yığmısan, gəl, bizi döy! Canlı efirdir. Axı, mən etməmişəm. Sənin oxuduğun mahnı elədirsə, nə edim?! Bunları bir az tərifləyirsən, ulduzlaşırlar. Bu vəziyyət yaranıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.