Şou-biznes

Rəqsanə İsmayılova Moskvada saxlanılıb? - YENİLƏNİB

4 Aprel 2024 15:59
Baxış: 8 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:59

Müğənni Rəqsanə İsmayılova Moskvada saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi yazılanların həqiqətə uyğun olmadığını deyib.

"Boş-boş başınızı ağrıtmayın. Mənə heç bir şey olmayıb. Yalan məlumatlardır. Mənim üçün narahat olduğunuz üçün çox sağ olun. Evimdəyəm, Moskvadayam. Ayın 10-dan sonra da Azərbaycanda olacağam. Heç bir problemim də yoxdur. Heç bir şey olmayıb. Evimdəyəm, ailəmləyəm", - R. İsmayılova videomüraciətində bildirib.

Qeyd edək ki, R. İsmayılovanın Moskvada saxlanılması ilə bağlı xəbəri ilk olaraq APA Rusiya teleqram kanallarına istinadən yayıb.

-------

15:01


Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, İsmayılova Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Rüşvət vermə" və "Sənəd saxtakarlığı" maddələri ilə ittiham olunur.

Qeyd olunub ki, Rəqsanə İsmayılova Rusiya İstintaq Komitəsinin Solntsevo istintaq şöbəsinə aparılıb. O, Daxili İşlər Nazirliyinin Moskva vilayətinin Solntsevo şəhəri üzrə Daxili İşlər İdarəsinin əməkdaşı Yelena Smirnovaya qarşı 2023-cü ildə açılan cinayət işində şahid qismində dindirilib.

İstintaqın versiyasına görə, İsmayılova Qurbanov soyadlı şəxsə Smirnovaya verməsi üçün 650 min rubla yaxın pul köçürüb və Qurbanov sübut olunmuş variant vasitəsilə ona yeni sənəd almağa kömək edib.

2 aprel 2023-cü ildə bu faktla bağlı cinayət işi açılıb və müğənni barəsində heç yerə getməmək barəsində qərar çıxarılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.