Əməkdar artistdən SƏRT TƏNQİD: “Nə qədər yemək olar? Gözünüz doysun!” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu il 85 yaşım tamam olacaq. Sonuncu dəfə 2019-cu ildə "Qış nağılı" filminə çəkilmişəm. Mən bilirəm ki, xalq məni sevir, hörmət edir. Sevgi azdır, xüsusilə hörmət edirlər. Təvazökarlıqdan uzaq olsa da, bunu deməliyəm. Film təqdimatı idi. İşıqlar sönmüşdü. Mən də gecikmişdim, başqa bir aktrisa da. İçəri daxil olan kimi 7-8 insan ayağa qalxıb mənə yer vermək istədi. Amma bir adam ayağa qalxıb o aktrisaya yer göstərmədi. Bu, hörmətdir".
Milli.Az bildirir ki, bunu moderator.az-a açıqlamasında Əməkdar artist Zemfira Sadıqova deyib.
Z.Sadıqova Azərbaycanda kino sahəsini sərt tənqid edib.
"Ölkədə kino yoxdur. Mədəniyyət ölüb. Kinostudiyaya daxil olanda adamın ürəyi ağrıyır. Oraya Adil İsgəndərov kimi adam gəlməlidir ki, kinostudiyanı abad etsin. Rejissorlar aktyorun pulunu kəsirlər. Sponsordan pulu alırlar, amma öz aralarında bölürlər. Aktyora heç nə qalmır. Aktyor ən sonda yada düşür. Pullar yeyilir. Bu sahədə yeyinti çoxdur. Nə qədər yemək olar? Gözünüz doysun! Çəkdikləri filmlərdən heç danışmaq istəmirəm. Film xatirinə film çəkmək olmaz. Kino tamaşaçını özünə nə ilə cəlb edir? İlk növbədə aktyorun xarici görünüşü ilə. Kinoda danışan aktyorun gözləridir. Bizim aktyorlar sözü əzbərləyib ekran qarşısına çıxırlar. Dərk edib danışmaq lazımdır. Məni dəfələrlə verilişlərə dəvət edirlər, amma eyni sualları verirlər. Onlar öz üzərlərində işləmirlər. Məzmunlu bir film olsaydı, böyük məmnuniyyətlə çəkilərdim. Amma elə-belə çay apar, çay gətir və s. səhnələr mənə maraqlı deyil. İşsiz sənətkar heç kimdir. Aktyorun işi olanda o yaşayır, həyatdan stimul alır. Rejissor bilmir ki, tamaşaçını necə cəlb etsin. Burada da açıq-saçıq səhnələrə üstünlük verir. İş orasındadır ki, o əxlaqsızları efirdə o qədər göstəriblər ki, artıq camaat doyub. Mənim evimdə televizor işləmir, heç təmir etmək də istəmirəm. Çünki o danışıqlar məndə o qədər ikrah hissi yaradıb ki... Bəlkə aralarında yaxşı verilişlər olur, amma mənim onlardan xəbərim yoxdur. Mən bütün günü "YouTube"u izləyirəm. "YouTube"da elə filmlər, elə verilişlər var ki, onları izləyəndə insanın günü-gündən dünyagörüşü də artır", - deyə sənətkar bildirib.
Sənətkar sonda sənətdə yeni addımlayan gənclərə tövsiyələrini də verib.
"Aktyor sənətinə gələn insan fikirləşməməlidir ki, nə qədər pul qazanacaq?! O fikirləşməlidir ki, necə oynayacaq, tamaşaçıları necə ovsunlayacaq?! Əgər bu sənəti sevmirlərsə, gəlməsinlər. Çünki aktyorluq çox ağır sənətdir. Hər kəs bu yükü daşıya bilmir", - deyə aktrisa bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
-
Rəqsanə görünüşünü dəyişdirdi - (Foto-Video)
XƏBƏR LENTİ
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
-
İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək
-
Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir





