Məhəbbət Kazımovun ən böyük arzusu nə idi? - OĞLU DANIŞDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Əməkdar artist Məhəbbət Kazımovun anım günüdür. O, 2014-cü ilin bu günündə vəfat edib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Məhəbbət Kazımov Azərbaycan milli musiqisi janrında bir çox tanınmış mahnı və muğamların müəllifi , "Laçın" instrumental ansamblının rəhbəri olub. Onun səsləndirdiyi "Laçınım" mahnısı dillər əzbəridir.
Mərhum sənətkarın anım günü ilə əlaqədar Modern.az onun oğlu Rəşid Kazımovla əlaqə saxlayıb.
O bu gün ailəsi ilə birlikdə atasının məzarını ziyarət etdiyini deyib:
"Artıq atamın vəfatından 10 il keçir. Bu gün ailəmizlə məzarını ziyarət etdik. Az öncə qəbir üstündə idik. Baxırıq, sanki dünən olmuş kimi hiss edirik. Onu ziyarətə atamın sənət yoldaşları, başqa qohumlarımız da gəlmişdi. Evdə, iş yerimizdə ehsan süfrəsi açdıq. Atamı yad edən təkcə övladları, yaxınları deyil, həm də onu sevən pərəstişkarlarıdır.
2014-cü ilin yanvarın 27-də təkcə ailəmiz üçün deyil, bütün Məhəbbəti sevənlər üçün çox çətin oldu. Atam Xırdalan qəbiristanlığında dəfn olunub. Yadımdadır ki, dəfn zamanı onun ölümünü eşidənlər maşınları, avtobusları saxlayıb dəfnə gəlmişdilər. Çox sevilirdi. Atam gözəl ailə başçısı idi. Zamanı olduqca çalışırdı ki, bizimlə vaxt keçirsin. Sərt xarakterli insan olsa da, eyni zamanda çox səmimi insan idi".
Mərhum sənətkarın oğlu atasının ən böyük arzusundan danışıb:
"Məncə, atamın ən böyük arzusu Laçına getmək idi. O, ömür boyu bütöv Azərbaycan, Qarabağ haqqında düşünüb. Vətənsevər bir insan idi. Laçına getməyi çox istəyirdi. Laçınla bağlı xatirələri yadına düşəndə, kövrəlirdi".
Rəşid Kazımov bildirib ki, o da Laçına köçüb orada yaşamaq istəyir:
"Nəsil-kökümüz ora gedəcək. Mən burada tək qala bilmərəm. Özümün də ən böyük istəyidir ki, gedib oralarda yaşayım".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür





