Şou-biznes

Aktyorun ölümü ilə bağlı araşdırma tələb olunur

13 Yanvar 2024 20:43
Baxış: 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Parazit" və "Qardalan" filmlərinin yaradıcısı Bonq Joon Ho Cənubi Koreyanın daha 2000 mədəniyyət xadimi ilə birlikdə aktyor Li Son Gyunun ölümünün araşdırılmasını tələb edib.

Milli.az axşam.az-a istinadən xəbər verir ki, mədəniyyət xadimləri arasında həmrəylik birliyi yaradan kino sənayesi işçiləri bəyanat yayaraq 48 yaşlı sənətçinin ölümünün səbəblərinə aydınlıq gətirilməsini istəyiblər.

Qeyd edək ki, Li Son Seulun mərkəzi parkında avtomobildə ölü tapılıb. Bəzi versiyalara görə, ölümün səbəbi intihar olub. Aktyorun həyat yoldaşı evdə intihar məktubu da tapıb.

Xatırladaq ki, aktyor daha əvvəl narkotikdən isitfadə etməsi şübhəsi ilə polisdə dindirilib. Li Sonq testlərdən keçib və nəticələr mənfi olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.