“Onun sayəsində Moskvada 7 ev almışam”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Xalq artisti Flora Kərimova qalmaqal yaşayaraq məhkəməlik olduğu müğənni Afət Fərmanqızı barədə yeni açıqlamalar verib.
"Rusiyada 20 kvadrat metrlik bir otaq tutub..." - Qalmaqal səngimir - VİDEO
Belə ki, "O üz" verilişinin qonağı olan sənətçi yaşadıqları qalmaqalı yenidən gündəmə gətirib:
Müğənni Afət Fərmanqızı ittihamlara səssiz qalmayıb.
Milli.Az bildirir ki, yenisabah.az-a danışan sənətçi Flora Kərimovanın hər dəfə onun adını hallandırması sayəsində xeyli varlandığını açıqlayıb:
"Allah Flora xanımın canını sağ etsin, onun sayəsində bir il yarım vaxt ərzində Moskvada ikinci evimi alıram. Onun sayəsində tez-tez reklam olunuram. Sizin vasitənizlə ona sual verirəm, o görmürmü ki, mənim toylarımın sayında artım var? Məclisə getmək üçün qiymətim də demək olar ki, hər kəsə bəllidir, heç də aşağı qiymət deyil. Flora Kərimovanın mənim adımı çəkməyi mənə böyük reklam verir və ondan bir şey xahiş etmək istəyirəm: bundan sonra adımı hər ayda bir dəfə yox, həftədə bir dəfə çəkin ki, mən varlanım. Bu gün mən varlanmağımın səbəbkarı kimi Flora xanımın atmacalarını görürəm və ona təşəkkür edirəm, mənə daş ata-ata heykəl qoydu".
O, F.Kərimovanın hər dəfə efirdə mərhum Xalq artisti İlhamə Quliyeva barəsində danışmasına da münasibət bildirib. A.Fərmanqızı bunun heç də doğru hərəkət olmadığını qeyd edib:
"Haqq dünyasında olan böyük sənətkarımız İlhamə Quliyevanın adını sağlığında "duxu" çatıb çəkə bilmirdisə, indi də çəkməsin. Həmin verilişin yaradıcı heyətinə, aparıcısına da demək istəyirəm ki, siz ancaq və ancaq İlhamə Quliyevanın haqq dünyasına köçməsindən sonra onun adını çəkə bilərsiniz! Sizdə o cəsarət hardaydı ki, onun sağlığında bu cür suallar verəydiniz. Buna cürətiniz çatmazdı! Ölü dalınca danışmağa nə var ki... Oğul ona deyərəm ki, sağlığında danışardı".
Afət Fərmanqızı Xalq artistinin "Rusiyada 20 kvadrat metrlik bir otaq tutub, "Haxışta"nı orada deyir" fikrinə də münasibət bildirib:
"Flora xanım mənim üçün narahat olub, deyir ki, 20 kvadrat metrlik yer tutub. 20 kvadrat deyil, 200 kvadrat metrdir. Sıfırın birini yalan demisiniz. Bundan əlavə qeyd edim ki, Moskvada hətta 20 kvadratmetrlik yer Bakının mərkəzindəki evin qiymətinədir. Ələlxüsus da mənim yaşadığım ərazi çox bahalı yerdir. Mənim yerimə narahat olmasın, Moskvaya köçəndən 200-ə yaxın toya getmişəm. Bunu da bəlli bir məbləğə vuranda iki evin pulu edir. Floranın riyazi savadı bir az zəifdir, ona görə xatırlatma edirəm. Flora bilmir ki, məhkəməyə verib həbs qoydurmaq istədiyi evlərimin hamısını satıb birini saxlamışam. Azərbaycandakı evlərimi satıb Moskvadan ev almışam. Moskvada 7 evim var, bunu ilk dəfədir açıqlayıram. Azərbaycandakı evlərimin hamısını Moskvaya daşımışam. Çünki özüm və ailəm buradadır, evlərim də gözümün qabağında olsun istəyirəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür - (Video)
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb - (Video)
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir - (Video)
-
Prezident İlham Əliyev: Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik - (Video)





