Şou-biznes

Ölümlə bitən konsertdən sonra petisiya başladıldı

5 Dekabr 2023 23:57
Baxış: 619
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur amerikalı müğənni Teylor Sviftin pərəstişkarları konsertlərində tamaşaçılara pulsuz su verilməsi üçün petisiya başladıblar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb isə ötən ay sənətçinin Braziliyadakı konserti zamanı həddindən artıq istiyə görə 23 yaşlı pərəstişkarının ölməsidir.

Onlar 350 minə yaxın imza toplayan petisiyanı qızın adı ilə bağlı "Ana Benevides Qanunu" adlandırıblar.

Qeyd edək ki, şahidlər şou zamanı istidən huşunu itirmə və ürək bulanmasından şikayətləniblər. Stadionda temperatur isə 60 dərəcəyə çatıb. Gecəyə tamaşaçıların özləri ilə su götürməsinə də icazə verilməyib.

Braziliya polisi hazırda talehsiz hadisəni təşkil edən "Time4Fun" şirkəti ilə bağlı araşdırma aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.