Şou-biznes

Ölümlə bitən konsertdə 60 dərəcə istilik olub?

25 Noyabr 2023 07:12
Baxış: 999
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyada Teylor Sviftin konsertində 23 yaşlı pərəstişkarının ölümündən sonra araşdırmalar aparır.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  polis müğənninin Rio-de-Janeyroda şousunu təşkil edən "Time4Fun" şirkəti ilə bağlı araşdırmaya başlayıb.

İlkin məlumatlara görə, konsertin keçirildiyi məkanda hərarət yüksək olduğundan tamaşaçılardan biri xəstəxanaya yerləşdirilib və o dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları stadionda ziyarətçilərin həyatı və sağlamlığı üçün təhlükə yaradacaq amilləri yoxlayacaqlar.

Şahidlər şou zamanı istidən huşunu itirmə və ürək bulanmasından şikayətləniblər. Stadionda temperatur isə 60 dərəcəyə çatıb. Gecəyə tamaşaçıların özləri ilə su götürməsinə də icazə verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.