Şou-biznes

Tarixin ən gənc "Qremmi" namizədi oldu

13 Noyabr 2023 01:45
Baxış: 1 499
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Viktoriya Monenin 2 yaşlı qızı Hazel anası ilə birlikdə "Hollywood" mahnısına görə "Ənənəvi R&B Performansı" kateqoriyasında "Qremmi" mükafatına namizəd olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin övladı yaşı ilə tarixin ən gənc "Qremmi" namizədinə çevrilib. Viktoriya "Billboard"a müsahibəsində bunları deyib:

"Onunla fəxr edirəm. Hazel nə baş verdiyini hələ başa düşmür. bir növ çaxnaşma içindədir, çünki hamımızın sevinərək niyə qışqırdığımızı anlamır. Bilirəm ki, böyüyəndə ona bunu başa sala biləcəyəm. Artıq Hazelin "Qremmi" üçün geyimi haqqında düşünürəm".

Qeyd edək ki, daha əvvəl bu rekord "The Peasall Sisters" qrupunun səkkiz yaşlı üzvü Lea Pizzola məxsus idi. 

Viktoria Mone özü "Ən yaxşı yeni sənətçi" və "Ən yaxşı R&B albomu" daxil olmaqla yeddi kateqoriyada təmsil olunur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.