Şou-biznes

"Müəllimim məni 11-ci sinfə kimi..." - Xuraman Şuşalıdan ETİRAF

10 Noyabr 2023 22:41
Baxış: 1 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bəzən aşağılandığımız günləri boynumuza almaq istəmirik. Hətta məktəbdə müəllimim məni aşağılamışdı. "Qaçqın da qışda məktəbə "basanojka" ilə gələr?" demişdi. Həmin vaxt beşinci sinifdə oxuyurdum. Bu sözü deyən bir müəllimdir. Qəlbimi ağır dərəcədə qırıb".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Xəbərin var?" verilişində qonaq olarkən deyib. Sənətçi müəllimin onun məktəbdən qovulmasını istədiyini bildirib:

"Məni düz 11-ci sinfə kimi bütün şagirdlərin içində aşağılamışdı, əl çəkmirdi. İstəyirdi ki, məktəbdən çıxım və ya qovulum. İncəsənət gimnaziyasında təhsil alırdım. Çox istedadlı bir uşaq idim. İfa etdiyim 4 əsər "Qızıl fond"a salınıb. Ulu öndərimizin qarşısında oxuyurdum. Həmişə nəsə axtarırdı. Allah onu bağışlasın. Travmalarımı basdırdığıma görə həmin müəllimi bağışlamışam. Bilirəm ki, onun həyatında ağır günlər olub. O qadın məni anlamalı idi. Əgər bir uşaq bu ayaqqabıda dərsə gedirsə və valideyinlərindən ayrı məktəbin yataqxanasında qalırsa, gör nə vəziyyətdədir ki, onu geyinib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.