Şou-biznes

Cavan Zeynallıya evlilik təklifi: “Qadın çox gözəldir, amma...”

6 Noyabr 2023 18:15
Baxış: 1 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Cavan Zeynallı qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində ona edilən evlənmə təkliflərindən danışıb.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, 78 yaşlı cazmenin sözlərinə görə, xanımı vəfat edəndən sonra ona bir neçə qadın evlilik təklifi edib.

Sənətçi bu təkliflərin maddi maraq güddüyünü etiraf edib:

"Bu yaxınlarda qadınlardan biri mənə evlilik təklifi etdi. Dedi ki, Cavan müəllim, gəlin, evlənək. Özü də baxırsan qadın çox gözəldir. Deyir ki, sabah sizinlə zəngləşək. Amma bilirəm ki, o mənə bu təklifi evimin olduğuna görə edir".

Qeyd edək ki, Cavan Zeynallının xanımı ötən il vəfat edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.