Şou-biznes

Uzun illər qalmaqal yaşayan Brilliant və Elton bir arada - FOTO

3 Noyabr 2023 22:00
Baxış: 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Brilliant Dadaşova və Əməkdar artist Elton Hüseynəliyev bir araya gəlib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, uzun illər küsülü olan müğənnilərin səmimi fotoları diqqət çəkib. 

Brilliant və Elton mərhum Xalq artisti Emin Sabitoğlunun xatirə gecəsində bir araya gəliblər. Şəkli Elton instaqramında yayımlayaraq "Gözəl sənətkarım" şərhini yazıb. 

Qeyd edək ki, Elton açıqlamalarından birində B.Dadaşovanı paxıl adlandıraraq "Əgər insan paxıldırsa, mən onun sənətini qəbul etmirəm. Siz yaxşıya yaxşı deyə bilmirsinizsə sənətkar ola bilməzsiniz. Sənətkar o sənətkardır ki, sözünü deməyi bacarsın. Brilliant xanım yaxşı insan deyil. O, paxıl insandır. Mən onun ifasına heç vaxt da ağlamamışam. Hərdən ürək insanı danışdırır, ağıl yox" sözlərini söyləmişdi. 

Dadaşova isə "Elton mənə bir mahnı göndərmişdi. O zaman isə Türkiyədə idim və işlərim çox idi. Qulaq asdım. Elton söylədi ki, gəlin, bu mahnını duet oxuyaq. Mən isə ona cavab verə bilmədim. Sonra gördüm ki, verilişlərin birində ünvanıma yaxşı olmayan sözlər deyib" cavabını verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.