Şou-biznes

Məşhur müğənni narkotikə görə ölümlə üz-üzə qaldı

24 Oktyabr 2023 19:24
Baxış: 1 008
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Pink karyerasının əvvəlində həddindən artıq dozada narkotik qəbul etdiyi üçün ölümlə üz-üzə qaldığını etiraf edib. 

Milli.Az olay-a istinadən bildriir ki, 44 yaşlı Pink 1995-ci ilin noyabrında, ilk səsyazma müqaviləsini imzalamazdan bir neçə həftə əvvəl, müxtəlif narkotik maddələri həddindən artıq dozada qəbul edib. Həmin vaxt isə ölümdən döndüyünü vurğulayıb.

O, bunu yeniyetmə vaxtı ailəsində baş verən hadisələrlə əlaqələndirib: "Valideynlərimin hər gün bir-birinin üstünə qışqırdığı, əşyalar atdığı evdə böyümüşəm. Onlar bir-birlərinə nifrət edirdilər. Sonra narkotikə başladım. Narkotik satdım. Sonra da evdən qovuldum" - deyə ifaçı bildirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.