Şou-biznes

Elman övladının cinsiyyətini yeni klipindən ÖYRƏNDİ - VİDEO

21 Oktyabr 2023 09:09
Baxış: 1 502
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya və MDB ölkələrində məşurlaşan azərbaycanlı müğənni Elman Zeynalov çəkdirdiyi yeni klipində dünyaya gələcək övladının cinsiyyətini öyrənib.  

Milli.Az bizim.media-ya istinadən bildriir ki, "Volk" (Canavar - red.) adlı mahnını ekranlaşdıran sənətçi ailəsini və yaxın dostlarını başına toplayaraq Moskvada restoranların birində təqdimat mərasimi keçirib.

Model həyat yoldaşı Marqarita Tsoy və yaxınları ilə birlikdə sözügedən klipi izləyən Elman oğlunun dünyaya gələcəyini öyrənib.  Klipin rejissoru Denis Boivanova müğənnidən bu xəbəri gizli saxlamaq üçün ekran işində "gender şənliyi"nin kadrlarını iki fərqli versiyada lentə alıb. Oğlu olacağını bilən Elman həmin an sevinc hissələrini qışqıraraq büruzə verib.
Həmin görüntüləri isə E.Zeynalov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Elman və Marqarita cütlüyünün 3 yaşlı Mariel adında bir qız övladı var.

Sözügedən videonu təqdim edirik:  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.