Şou-biznes

Evlilikdən kənar 35 yaşlı qızı üzə çıxdı - FOTOlar

12 Oktyabr 2023 17:03
Baxış: 2 128
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli məşhur aktyor Metin Akpınarın nikahdankənar 35 yaşlı qızı ortaya çıxdı.

Türkiyəli məşhur aktyor Metin Akpınarın nikahdankənar doğulan Duyğu Nebioğlu adlı bir qızı olduğu məlum olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün yekunlaşan məhkəmə DNT testlərini nəzərə alaraq Duyğu Nebioğlunun Metin Akpınarın qızı olduğuna qərar verib.

Qərardan sonra İnstaqram hesabından ağlayaraq açıqlama verən Duyqu Nebioğlu "1,5 aya yaxındır heç yatmıram. Məhkəmənin son prosesini gözləyirdim." deyib. Nebioğlu Instagram hesabında paylaşdığı paylaşımda soyadını dəyişməyəcəyini bildirib.

Qeyd edək ki, Duyğu anası tərəfindən dövlət himayəsinə verilib daha sonra övladlığa götürülüb. 

Nərmin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.