Şou-biznes

Həyat yoldaşından şahzadəyə qadağa

4 Oktyabr 2023 21:30
Baxış: 1 092
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şahzadə Harri köhnə həyatını geri istəyir, lakin həyat yoldaşı Meqan Markl bunu dəstəkləmir və ondan hər şeyi keçmişdə qoymasını istəyir.

Milli.Az olay-a istinadən bildirir ki, Harri dostları üçün darıxdığını və Londonda ev sahibi olmaq istəyir. 

Şahzadə Harrinin sosial həyatının son on ildə nəzərəçarpacaq dərəcədə dəyişdiyi bildirilib. 

"O, kollec dostlarından uzaqlaşıb və Böyük Britaniyada daimi yaşayış yeri yoxdur. Londona səfərləri zamanı adətən otellərdə qalır və ictimaiyyət arasında görünməkdən yayınır. Şahzadə Harrinin köhnə dostları üçün darıxdığına şübhə yoxdur" - deyə qeyd edilib.

Şahzadə Harri həmişə həyat yoldaşı ilə qaldığı Vindzor sarayında Frogmore Kottecindən məhrun edilib və vətənində yeni iqamətgah almağa çalışıb. Mediada atası Kral III Çarlzın ona mülk verəcəyi ilə bağlı şayiələr yayılıb, lakin Bukingem Sarayı sonda bu tələbi rədd edib. 

Meqan isə həyat yoldaşının bu istəklərindən o qədər də məmnun deyil. O, Harrinin İngiltərədə ailəsindən kənarda çox vaxt keçirəcəyindən qorxur. Bundan əlavə, onun Harri ilə bağlı öz planları var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.