Şou-biznes

Qənirə Paşayevadan yazdı: "Gəldim sənə layla deyim..." - FOTO

2 Oktyabr 2023 13:00
Baxış: 2 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu gün 3 gündür ki, yoxsan dünyada... Rəsminə baxıram, mənimlə rəqs edirsən... İndi de, hansına inanım? Bomboz soyuq daşlardan tikilən yeni evinə baxan şəklinə, yoxsa qol-qaldırıb xanımyana böyük zövqlə rəqs etdiyin "Uzun dərə"yə? Hansına ay sənin canın yanmasın, zalım qızı..."

Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova deyib. 

"Heç bilirsən daşa dönmüş ruhun şəkli necə ağrıdır insanı şəklin o tayından baxanda? Gəldim biraz danışım səninlə, sənə layla deyim... Səsini aldığın Tehran ananın yerinə bacarmadım. Yanın dolu idi diri-ölülərlə... Sən isə, baxıb üzümə gülümsəyirdin. Bilirsən, bəlkədə o anda sən məndən daha xoşbəxt idin. Çünki, sən, sənin yanında idin.  Mən isə getdim. Birdən yadıma düşdü ki, Şəfiqə xanım Axundova ordadı... Ta yeni evinin arxa çəpərində. Xahiş etdim ondan səndən müğayət olsun biz gələnədək. Sən də ona qulaq as. Daha burdakı kimi özünə zülm etmə, bacım. Heç olmazda orda dincliyin, rahat həyatın, hüzurun olsun. Bir də səndən bir xahişim var, heç kəsi, heç kimi, heç yeri bu qədər bir də sevmə, yaxşı?" - deyə Haşımova qeyd edib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.