Şou-biznes

Lətifə nənəsinin vəsiyyətindən danışdı - VİDEO

26 Sentyabr 2023 12:05
Baxış: 1 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, müğənni Lətifə Soyuözün nənəsi dünyasını dəyişib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı nənəsinin vəsiyyətini açıqlayıb. 

"Bizi neçə gün içində tək qoymayan, ziyarətimizə gələn insanlara təşəkkür edirik. Nənənm mənim və bütün ailəmiz üçün önəmli bir insan idi. Onun həyata baxışı fərqli idi. 96 yaşına kimi özü biznesini idarə etdi. Çətin də olsa, qəbul edirik ki, həyat davam edir. Hər zaman dedi ki, məni gözəl yad edin. Vəsiyyət edirdi ki, ağlamayın, gülün. Həyata baxışı fərqli idi. Ona görə, deyirdi ki, məni gözəl formada yad edin" deyə, o, bildirib.

Qeyd edək ki, Elmira Axundova iş qadını olub. O, xeyriyyəçilik işləri ilə məşğul idi. Lətifə açıqlamalarında sənətdə nənəsinin maddi və mənəvi ona dəstək olduğunu söyləyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.