Şou-biznes

Taksi sürücüsünü VİDEOya çəkib PAYLAŞDI

26 Sentyabr 2023 21:15
Baxış: 2 813
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Televiziyasının solisti, "Böyük səhnə" mahnı müsabiqəsinin qalibi, müğənni Emiliya Yaqubova paylaşımı ilə gündəmə gəlib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, Londondan Bakıya gələn sənətçi şəxsi avtomobilini "Bolt" taksi xidmətinə dəyişib. 

Taksi sürücüsü ilə ünsiyyətini gizli olaraq kameraya çəkən Emiliya həmin anları sosial şəbəkə hesabında paylaşıb. 

Görüntülərdə taksi sürücüsü başına gələn maraqlı əhvalatı müğənni ilə bölüşüb. Sürücü bildirib ki, 20 il əvvəl varlı ailədən olan ingilis bır qıza yardım etdiyinə görə, qarşı tərəf ona viza düzəldib. Lakin sürücü bu şansını dəyərləndirməyib və Rusiyaya gedib. İndi isə taksi sürücüsünün ən böyük arzusu Britaniyanın Mançester şəhərinə getməkdir". 

Həmin görüntüləri təqdim edirik: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.