Şou-biznes

Demet İlon Maskın şirkətində çalışmaq istəyir - FOTO

23 Sentyabr 2023 17:19
Baxış: 1 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur türkiyəli sənətçi Demet Akalın İlon Maskın şirkətinin elan etdiyi vakansiya üçün namizədliyini irəli sürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Akalın türkcə bilən təmsilçi elanı üçün müraciət edib.

"Maaş istəmirəm, lakin harasa ianə etsək, bu işdə varam", - deyə Demet Akalın özünün "X" hesabında şərh verib.

Onun bu şərhi isə izləyicilər tərəfindən məsxərəyə qoyulub.

"Yaxşı oxumadınız, yəqin, türkcə bilən adam axtarırlar", - deyə izləyicilərdən biri cavab olaraq bildirib.

Qeyd edək ki, milyarder iş adamı İlon Mask "SpaceX" kosmos şirkəti üçün türkcə bilən nümayəndə axtarır. Mask işə götürəcəyi şəxsə aylıq 120 min Türkiyə lirəsi (7 min 507 AZN) maaş verəcəyini deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.