"Onları efirə verib, insanların əsəbləri ilə oynamamalısınız" - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Jurnalistika ixtisasında təhsil alan tələbə ilə rastlaşdım, Azərbaycan dilində bərbad danışırdı. Danışığı nə zaman düzələcək? Düzəlməyəcək! Onu efirə çıxarmaq olmaz. Bu biabırçılıqdır. Orada bilirsiniz, nə vəziyyətə düşdüm? İnsanlar infarkt keçirə bilər. Əgər indiyə kimi düzəlməyibsə, bundan sonra da düzəlməyəcək".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist və Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Elza Seyidcahan qonaq olduğu "Gün işığında" səhər verilişində deyib.
Sənətçi sözügedən proqramın efirində yayımlanan süjetdə bir tələbənin Azərbaycan dilində səlis və düzgün danışa bilməməsindən əsəbiləşib. Elza jurnalist olmaq istəyən tələbə respondenti sərt şəkildə tənqid edib:
"İş orasındadır ki, bəzi müəllimlər ləhçə ilə danışırlar. Olmaz! Ləhçəyə böyük hörmətim var. Ən kobud ləhçə "Dağlı"ların ləhçəsidir. Mən "Dağlı"lıyam, heç görmüsünüz ki, dağlı ləhçəsi ilə efirdə danışım? Belə şeylər olmaz! Bizim ədəbi dilimiz var. Ləhçə ilə danışan insanları efirə çıxarmaq olmaz.
Əgər tələbə "Azərbaycan" sözünə "Azərbadzan" deyirsə və hərifləri düzgün şəkildə tələffüz etmirsə, müəllim deməlidir ki, al bu diplomunu, çıx get. Allah iraq eləsin, az qala beynimə qan sızsın. Deyir ki, jurnalist olmaq istəyirəm, amma danışığı və tələffüzü bərbaddır. O qıza yazığım gəldi. Onun təməli elə qurulub. Onu ali məktəbə gərək götürməzdilər. Biz nə qədər yalandan gülməliyik? Bizim gözəl Azərbaycan dilimiz, leksikonumuz, dinimiz və tərbiyəmiz var.Tərbiyəmiz isə bizim əbədi dilimizdir. Ona görə efirə "dızıldayan çaynikləri" çıxarmaq olmaz".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Neft və qaz iqtisadiyyatımızda üstünlük təşkil etməkdə davam edəcək
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edir - (Canlı yayım/Foto)
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib





