Şou-biznes

Xoşqədəm: “O zamanlar gün ərzində iki ədəd qoz və bir ovuc düyü ilə yaşayırdım” - VİDEO

20 Avqust 2023 02:28
Baxış: 3 137
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Xoşqədəm Hidayətqızı tələbəlik illərində yaşadığı ağır və çətin günlərdən söz açıb.

Milli.Az bizim.media-ya istinadən bildriir ki, Xoşqədəm aparıcısı olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda tələbə ikən gün ərzində iki ədəd qoz və bir ovuc düyü ilə qidalandığını açıqlayıb.

"O zamanlar 25 rubl tələbə təqaüdü alırdım. Çox çətin vaxtlar idi. Bizə ərzaq yardımı verirdilər. Mən o ərzağı ayın başına çatdırmağa çalışırdım. Ərzaqların içində olan düyünü az-az, yəni bir ovuc qədər qaynadıb yeyirdim. Zəngilandan bir qız vardı. Onunla birgə bir otaqda qalırdım. O qıza isə atası çoxlu qoz-fındıq göndərirdi. Gün ərzində iki ədəd qoz və bir ovuc düyü ilə yaşayırdım. Tələbəlik illərimdə o acıları və əziyyətləri görməsəydim, bəlkə də indi bu insan olmazdım", - deyə Xoşqədəm vurğulayıb. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.