Şou-biznes

Məşhur aparıcı vəfat etdi

18 Avqust 2023 18:59
Baxış: 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur britaniyalı teleaparıcı Maykl Parkinson vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, karyerası ərzində 2000-dən çox insandan müsahibə alan aparıcı qısa çəkən xəstəlikdən sonra ötən gecə ailəsinin yanında dünyasını dəyişib.

Qeyd edək ki, jurnalist 1971-1982-ci və 1998-2007-ci illərdə BBC-nin "Parkinson" tok-şousunu, eləcə də həm Böyük Britaniyada, həm də xaricdə bir çox digər televiziya proqramlarının aparıcı olub.

Sözügedən proqramın ilk qonağı mərhum caz ifaçısı Marion Montqomeri olub. Sonralar Maykl studiyasında yüzlərlə dünya şöhrətli məşhurları qonaq qismində qəbul edib. Onlar arasında mərhum boksçu Məhəmməd Əli, müğənnilər Elton Con və Madonna, aktrisa Helen Mirren və başqaları yer alıb.

Aparıcı 2013-cü ildə prostat vəzi xərçənginə görə kimyaterapiya aldığını, iki il sonra isə xəstəlikdən sağaldığını açıqlamışdı.

Maykl 2000-ci ildə "Parkinson" televiziya verilişinə verdiyi töhfəyə görə ordenlə mükafatlandırılıb. 2008-ci ildə ona "Sir" titulundan istifadə etmək imkanı üçün Cəngavər Bakalavr dərəcəsi verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.