Şou-biznes

Kişilərə evlənmə təklifi edən ulduz xanımlar - FOTO

17 Avqust 2023 10:24
Baxış: 2 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir qayda olaraq evlilik təklifi kişilərdən gəlir. Bütün qadınların xəyalındakı evlilik təkliflərinin bir ortaq nöqtəsi olur. Kişi diz üstə çökərək, əlindəki üzüyü ona doğru uzadır və "mənimlə evlənərsənmi" deyir. Lakin bəzi ulduz xanımlar bu anı gözləməyə səbr etməyib, özləri evlənmək təklifi ediblər.

Milli.Az lent.az-a istinadən sizi o xanımlarla tanış edir:

Hollivud ulduzu Rita Ora sevgilisi Tayke Vaytitiyə  evlənmək təklifi edib. O, mənim devizim "Gəldim, gördüm, evlənməyə məcbur etdimdir" deyir. 1 il nişanlı qalsalar da, gələcək ərinin tərpənmədiyini görən Rita özü toy hazırlıqlarına başlayıb və "əvvəl-axır evlənəcyik, olacaqsa tez olsun" deyib.

Müğənni Pink  formula pilotu Keri Xarta evlənmə təklifini yarış zamanı edib. Əlinə böyük bir plokat alıb. Plokatda isə yazılmışdı. "Ciddiyəm. Sən mənimlə evlənəcəksən  ya yox?" yazılmışdı.

Aktrisa Kristen Bell əri Deks Şepardla 3 il nişanlı qaldıqdan sonra sosial şəbəkədə yazıb."Deks, sən mənimlə nə zaman evlənəcəksən?". Kinoaktrisanın sualı cavabsız qalmayıb, Deks tezliklə "hə" deyib.

Britni Spirs öz çılğın hərəkətləri ilə məçhurdur. Keçmiş əri Kevin Federlayna təyyarədə uçarkən evlilik təklifi edən Britni yerə düşərkən artıq onunla nişanlı idi.

Ancelina Coli Bred Pitti romantik şam yeməyinə dəvət etməyib. Sadəcə zəng vurub və deyib. "Gəl evlənək". O da  razılaşıb.

Madonna sevgilisi Şon Pennə xeyriyyə gecəsində əlində mikrofonla evlilik təklif etmişdi. O, hər kəsin eşidəcəyi səslə əgər aktyor 150 min dollar ianə edərsə, onunla evlənəcəyini deyib. Şon da Madonnanın istəyinə qarşı çıxmayıb.

Merayya Keri gələcək əri Brayan Tanakaya mahnı bəstələyib və səhnədən evlilik təklifi edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.