Şou-biznes

Vüsalə ATV-dən getdi

10 Avqust 2023 23:57
Baxış: 3 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Vüsalə Əlizadə uzun illər çalışdığı ATV telekanalı ilə yollarını ayırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aparıcı bununla bağlı sosial media hesabında məlumat verib.

"Bu gün 20 illik əməyim olan, ata ocağı qədər doğma, əziz ATV telekanalından öz istəyimlə, xahiş edirəm məni tutduğum vəzifədən azad edəsəniz müraciəti ilə ayrıldım. 2 aydır, bilib-bilmədən danışanlar, yazanlar, yozanlar, bilin ki, münasibətlər, hörmətli qərarlar sayğı duyularaq gözəldir və biz də belə ayrıldıq, çünki mən qərarlarımı verərkən nə şişi bada verirəm, nə də kababı. Hər şey ölçüdə gözəldir. İşimi, sənətimi, səhnəmi, məni sevib gözləyən, bu iki ay ərzində axtaran tamaşaçımı çox sevirəm. Yeni mövsümdə bütün həmkarlarıma və özümə bol şans arzu edirəm. Tezliklə görüşərik", -deyə aparıcı bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.