Şou-biznes

Evliliklərinin ikinci ildönümünü qeyd edən İbrahim və Aydan: “Əbədi sevgim” - FOTO

7 Avqust 2023 21:54
Baxış: 4 177
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur aktyor cütlüyü İbrahim Çingiz və Aydan Axundzadə ailə həyatları ilə bağlı diqqət çəkən paylaşım ediblər. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, aşiqlər sosial şəbəkə hesablarında evliliklərinin ikinci ildönümünü yazaraq, bir-birini təbrik ediblər. 

Aydan İbrahimlə olan fotosunu paylaşaraq "2 ili 52-yə çevirək, sonra yenidən doğulaq. Mübarəkdir, sevgilim!" şərhini yazıb. 

İbrahim Aydanla bəy və gəlinlikdə çəkilən şəklini yayımlayaraq "Sən əbədi sevgimsən! Toyumuzun ikinci ildönümü mübarək, evim" sözləri ilə xanımına qarşılıq verib.  

Qeyd edək ki, cütlüyün Mehriban adlı bir qız övladı var. İbrahim Əməkdar artisti Çingiz Əhmədov və vəkil Mehriban Əhmədovanın övladıdır. O, Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyorudur. 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.