Şou-biznes

"Uşaq sahibi olmaq istəyirəm, baxaq görək necə olacaq"

28 İyul 2023 09:34
Baxış: 1 167
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət öncə vəfat edən məşhur amerikalı ifaçı Tina Törnerin gəlini müğənninin mərhum oğlundan uşaq dünyaya gətirmək niyyətindədir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, bu niyyəti barədə "People" jurnalına müsahibəsində açıqlama verib.

Afida Törner etiraf edib ki, hələ sağlığında əri və Tina Törnerin oğlu Ronni Törner öz spermasını dondurmağa nail olub. Afidanın sözlərinə görə, bu, 2022-ci ilin dekabrında bağırsaq xərçəngindən vəfat etmədən öncə 62 yaşlı Ronninin onun üçün ayrılıq hədiyyəsi olub.

Afida bildirib ki, həkimlərin köməyi ilə hamilə qalmağa çalışacaq və uşağı təkbaşına dünyaya gətirəcək.

"Mən Ronnidən uşaq sahibi olmaq istəyirəm. Təbii ki, əgər məndə bu alınsa. İndi 46 yaşım var, amma hələ şans var. Baxaq görək necə olacaq", - deyə o qeyd edib.

"Ronninin yanımda olmaması mənə hələ də pis təsir edir. Ancaq nə edə bilərəm... Belə isə heç olmasa, ondan bir uşağım olar", - deyə Afida vurğulayıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.