Şou-biznes

Parkinson xəstəliyindən əziyyət çəkən aktyor: "Özümü sənətə qurban verdim, amma dəyməzdi"

25 İyul 2023 21:00
Baxış: 2 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ümumiyyətlə hər sahə qurban tələb edir. İnsan bəzən düşünür ki, kaş ailə qurmazdım. Çünki ailə yarandıqdan sonra qayınana-qayınata, söz-söhbətlər, qırğınlar olur. Mən də özümü sənətə qurban verdim. Amma dəyməzdi...".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Allahverdi Yolçuyev "Xəzər axşamı" verilişində deyib. Parkinson xəstəliyindən əziyyət çəkən aktyor son nəfəsini səhnədə vermək istədiyini bildirərək kövrəlib:

"Aktyor səhnədə doğulub və oradan son mənzilə yola salmaq lazımdır. Onu təqaüdə göndərmək olmaz. Mən sürücü deyiləm ki, sürücü deyiləm taksi sürüm və ya suvaqçı, elektrik deyiləm işləyib pul qazanım. Bir peşəm var, o da aktyorluğumdur. Avqustun 20-si 65 yaşım tamam olur. Təqaüdə çıxacağam. Son nəfəsimi səhnədə vermək istəyirəm. Səhnəni heç nəyə dəyişmərəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.