Şou-biznes

Mahsun Kırmızıgül avtobusda konsert verdi - VİDEO

14 İyul 2023 23:12
Baxış: 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni Mahsun Kırmızıgül son paylaşımı ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni avtobusda mahnı oxuduğu anları sosial media hesabında paylaşıb. O, sərnişinlərlə birgə "Dinle" mahnısını ifa edib.

Mahsun məkanların birindən içkili vəziyyətdə çıxdıqlarına görə ictimai nəqliyyatdan istifadə etməli olduqlarını yazıb. Müğənni 20 dəqiqə boyunca avtobusdakı sərnişinlərlə unudulmaz anlar yaşadığını vurğulayıb. Bundan başqa, o, sürücüyə müavinlik etdiyini də əlavə edib.

Mahsun görüntülərə "Xalq konserti budur" şərhini yazıb. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.