Şou-biznes

Türkiyəli iştirakçı qatıldığı yarışmada "Ay Laçın" oxudu - VİDEO

12 İyul 2023 21:31
Baxış: 1 413
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

TRT1 kanalında yayımlanan "Sən türkülerini söyle" adlı şouda maraqlı anlar yaşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, layihənin ilk buraxılışında iştirak edənlərdən biri Ceren Ayça Sevim Azərbaycan xalq mahnısı "Ay Laçın"ı oxuyub. Həmin an arxa ekranda Azərbaycan bayrağı nümayiş etdirilib. 

Cerenin ifası münsiflərin xoşuna gəlib. Amma buna baxmayaraq iştirakçı növbəti mərhələyə keçə bilməyib. İfadan sonra aparıcı Turqay Başyaylan II Qarabağ müharibəsindən, Laçının işğaldan azad olunmasından bəhs edib. 

Qeyd edək ki, aparıcılığını Turqay Başyaylanın etdiyi yarışmada münsif kürsüsündə Cengiz Özkan, Aysun Gültekin, Emre Yücelen, Öykü Gürman və İsmayıl Altunsaray oturub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.