Şou-biznes

Röya keçmiş ərindən DANIŞDI: “Onu sevmirəm, hörmət edirəm” - VİDEO

4 İyul 2023 11:40
Baxış: 5 294
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Röya Ayxan keçmiş həyatı yoldaşı Anar Cəlilovdan söz açıb. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində fanatından gələn "Keçmiş həyat yoldaşınız Anar Cəlilovu sevirsiniz?" sualına cavabı ilə diqqət çəkib. 

"Yox, ona hörmət edirəm. Çünki övladım Hüseynin atasıdır", - deyə Xalq artisti vurğulayıb. 

Bu anda isə proqramın aparıcısı Mətanət Əliverdiyevanın "Elə demə, sevirsən" sözlərinə Röya "Elə demə, onun ailəsi var. Aləmi bir-birinə qatma (gülür). Qadın gərək sevdiyi şəxsdən dünyaya uşaq gətirsin ki, hər ikisinə də böyük sevgi bəsləsin" şərhini verib.  

Qeyd edək ki, Röya 2008-ci ildə iş adamı Anar Cəlilovla ailə qurub. Bir il sonra onların Hüseyn adında övladı dünyaya gəlib.

2014-cü ildə isə cütlük boşanıb. Müğənni boşanandan sonra ailə qurmasa da, Anar 3-cü dəfə ailə qurub. A. Cəlilov "Çudo-Peçka" mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğludur.  

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.